Neymar poker masasında böyük pullar uduzdu
Neymar oyunda iştirak etməyib poker masasında böyük pullar uduzdu.
90plus.az xəbər verir ki, Neymar "Santos" – "Kruzeiro" oyununu rəsmi olaraq “workload management” (yükün idarə olunması) səbəbi ilə buraxsa da, həmin vaxt demək olar ki, 24 saat yüksək məbləğli onlayn poker oynayıb.
Neymar bazar günü oyun gedə-gedə də virtual poker masasında olub. Turnirə giriş haqqı 5000$-dan çox olub və o, həftəsonu ərzində bir neçə dəfə re-entry (dəfələrlə giriş) edib.
Bu hadisə klub daxilində Neymarın futbola nə dərəcədə fokuslandığı ilə bağlı ciddi suallar yaradıb. O, komanda ilə səfərə də getməyib.
Futbol, yoxsa poker?
Neymarın prioritetləri yenidən müzakirə mövzusudur.
© Copyright 2026, All Rights Reserved