Niderlandlı sabiq futbolçu uzaq Asiya ölkəsində
Niderland millisinin və “Barselona”nın keçmiş futbolçusu Patrik Klüyvertin yeni iş yeri bəlli olub.
90plus.az xəbər verir ki, 49 yaşlı mütəxəssis İndoneziya yığmasına baş məşqçi təyin olunacaq. Bu barədə insayder Fabrizio Romano xəbər yayıb.
İndoneziya Futbol Federasiyası Klüyvertlə 2+2 illik müqavilə bağlamağa hazırlaşır. Xəbərdə vurğulanıb ki, yanvarın 12-də mütəxəssisin rəsmi təqdimat mərasimi keçiriləcək.
Qeyd: Klüyvertin son iş yeri Türkiyənin “Adana Demirspor” klubu olub. O, bundan əvvəl Kurasao millisində də baş məşqçi kimi fəaliyyət göstərib.
Klüyvert futbolçu karyerasında "Ayaks", "Milan", "Barselona", "Nyukasl", "Valensiya", PSV və "Lill" komandalarının formasını geyinib.
© Copyright 2026, All Rights Reserved