Nigeriyalı hücumçu "Napoli"nin radarında

90plus.az xəbər verir ki, Nigeriya millisinin üzvü Ademola Lukman yeni karyera hədəfləri axtarır və daha iddialı, həm A Seriyasında çempionluq uğrunda yarışan, həm də Avropa turnirlərində uğurlu çıxış edən bir komandaya keçmək niyyətindədir.
Məlumata əsasən, “Atalanta” 27 yaşlı forvard üçün gələn təklifləri dəyərləndirməyə hazırdır. Klub onun satışından təxminən 60 milyon avro gəlir əldə etməyi planlaşdırır.
Qeyd olunur ki, bu qiymət “Napoli” rəhbərliyini çəkindirmir. Komandanın hücum xəttini gücləndirmək üçün təxminən 50 milyon avro büdcə ayırdığı bildirilir. Lukman isə əsasən İngiltərə Premyer Liqasından gələcək təklifləri gözləyir. Onunla həmçinin İspaniya klublarının da maraqlandığı qeyd olunur.
Xatırlatma: Başa çatan A Seriyası mövsümündə Lukman 31 oyunda 15 dəfə rəqib qapısına yol tapıb və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
© Copyright 2025, All Rights Reserved