Niko Uilyams “Barselona” ilə razılaşdı

“Barselona” Niko Uilyamsla razılığa gəldi – 6 illik müqavilə gözlənilir.
90plus.az xəbər verir ki, İspaniya nəhəngi “Atletik Bilbao”nun hücumçusu Niko Uilyamsla uzunmüddətli müqavilə şərtlərində razılıq əldə edib.
Məlumata görə, tərəflər artıq müqavilənin əsas detallarını razılaşdırıblar. 21 yaşlı futbolçu ilə 2031-ci ilin yayına qədər – yəni 6 illik müqavilə bağlanması nəzərdə tutulur. Müqaviləyə əsasən, Niko Uilyams “Barselona”da illik təxminən 7–8 milyon avro civarında təmiz maaş qazanacaq.
Hazırda “Barselona” transferin reallaşması üçün “Atletik Bilbao” ilə maliyyə detalları üzərində danışıqları davam etdirir. Kataloniya klubu ya oyunçunun sərbəstqalma məbləğini – 58 milyon avronu – ödəməyi, ya da daha sərfəli şərtlərlə transferi başa çatdırmağı hədəfləyir.
Futbol üzrə insayder jurnalist Fabrisio Romanonun məlumatına görə, Uilyams artıq “Barselona”nın layihəsinə “bəli” deyib və şəxsi razılıq əldə olunub. Hər iki klub arasında yekun qərarın yaxın günlərdə verilməsi gözlənilir.
© Copyright 2025, All Rights Reserved