Nişanlısından pula görə ayrılan futbolçu: "2-3 qız sevin"

”Bayer Leverkusen"in ulduzu Viktor Bonifeys gənclərə məsləhətlər verib.
90plus.az xəbər verir ki, Almaniya Bundesliqası klublarından "Verder"də icarədə olan Viktor Bonifeys gənclərə məsləhətlər verib:
“Özünüzə 1 və ya 2 qız tapın. Maksimum 3 sevgilidə dayanın. Həyatınızın çətin dönəmindən keçirsinizsə, 4 də normal olar.
Bədəninizə hörmətsizlik və həddən artıq sayda qızla pul xərcləmək isə sizin üçün yaxşı nəticələnməyəcək".
Qeyd: Bu futbolçu 7 illik sevgilisini pul söhbətinə görə tərk etmişdi. O, evlənməyə hazırlaşanda sevgilisi onun mal varlığını anasına verdiyini bilmişdi və bu, ayrılığa səbəb olmuşdu.
© Copyright 2025, All Rights Reserved