Noa Lanq “Qalatasaray”da! İlk təəssüratlar
Noa Lanq “Qalatasaray”da: İstanbulda ilk açıqlamalar gəldi.
90plus.az xəbər verir ki, niderlandlı futbolçu Noa Lanq “Qalatasaray”a transferini rəsmiləşdirdikdən sonra artıq İstanbulda olub və ilk fikirlərini bölüşüb.
Lanq şəhərlə xüsusi bağlarının olduğunu bildirib:
“Uşaqlıqda İstanbulda yaşamışam və bu şəhəri çox yaxşı tanıyıram. Burada olmağımın əsas səbəbi klubun böyüklüyüdür. Sosial mediada azarkeşlərin göstərdiyi maraq da qərarıma təsir etdi. ‘Qalatasaray’ın hazırkı və ya keçmiş futbolçuları ilə danışmamışam, amma klub haqqında kifayət qədər məlumatım vardı”.
Transferin maliyyə detalları da açıqlanıb. Razılaşmaya əsasən, “Qalatasaray” Noa Lanqı 2 milyon avro icarə haqqı qarşılığında heyətinə qatıb. Müqavilədə 30 milyon avro dəyərində satınalma opsiyası da yer alıb. İstanbul təmsilçisi futbolçunu iyun ayında birdəfəlik transfer edərsə, Lanqın maaşı hazırda “Napoli”də qazandığı məbləğdən daha yüksək olacaq.
Noa Lanq İstanbulda keçirdiyi ilk saatlarda emosiyalarını da gizlətməyib:
“Bura çox özəl bir yerdir. Otelin pəncərəsindən baxanda köhnə məktəbimi gördüm. İstanbulun mənim üçün xüsusi mənası var. Özümü evimdə hiss edirəm və çox xoşbəxtəm”.
Beləliklə, “Qalatasaray” Noa Lanqla rəsmi razılığa gəlib və yeni mövsüm öncəsi heyətini daha da gücləndirib.
© Copyright 2026, All Rights Reserved