Noyer, Müller, Kroos və Gündoğanın vida mərasimi olacaq
Almaniya Futbol Federasiyası oktyabrın 14-də "Alyans Arena"da Niderland ilə oyundan əvvəl Manuel Noyer, Tomas Müller, Toni Kroos və İlkay Gündoğan üçün böyük bir vida mərasimi keçirməyi planlaşdırır.
90plus.az xəbər verir ki, matçdan əvvəl 4 oyunçunun hər biri azarkeşlər önündə hörmətlə qarşılanacaq.
Amma federasiya mərasimin rəsmi matç proqramına daxil edilməsi üçün əvvəlcə UEFA-dan icazə almalıdır.
Qeyd: UEFA Millətlər Liqasının II turunda Niderlandla Almaniya arasında ilk görüş 2-2 bitib. Cavab oyunu oktyabrın 14-də baş tutacaq.
Mənbə: Bild
© Copyright 2026, All Rights Reserved