Noyer “Şalke” sevgisindən danışdı
Manuel Noyer "Bayern Münhen" ilə gələcəyi barədə qərarını tələsmədən verəcəyini bildirib. Onun klubla olan hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatır.
90plus.az xəbər verir ki, 39 yaşlı qapıçı Sky Germany-yə açıqlamasında qeyd edib ki, fiziki durumunu diqqətlə qiymətləndirir:
"Bu məsələ ilə bağlı qərar verməyə tələsmək istəmirəm. Özümə vaxt ayırmaq istəyirəm ki, bədənim hansı vəziyyətdədir, sağlamlığım necədir, davam etməyin mənası varmı — bütün bunları dəyərləndirim. Hələ bir az zamana ehtiyacım var."
"Bayern"in kapitanı həmçinin, yetişdiyi klub olan “Şalke”nin hazırda 2-ci Bundesliqada uğurlu çıxış etməsindən məmnunluğunu dilə gətirib:
"Əgər yenidən Bundesliqaya qayıtsalar, bu əla olar. Uzun müddətdir gözləyirlər və yeni baş məşqçi ilə yaxşı start götürüblər. İndi hər şey öz əllərindədir. Görünür ki, çox çalışırlar və öz kimliklərinə sadiq qalırlar."
Xatırlatma: Noyer “Şalke”nin akademiyasından çıxıb və 2011-ci ildə “Bayern”ə keçməzdən əvvəl “kral göylər”in heyətində 203 oyuna çıxıb.
© Copyright 2025, All Rights Reserved