Nqolo Kante Paris klubuna gətirilir
Paris FK-dan “Nqolo Kante” bombası: paytaxt layihəsinin mərkəzinə gətirmək istəyirlər!
90plus.az xəbər verir ki, “Paris FC” Səudiyyənin “Əl-İttihad” klubunda çıxış edən fransalı ulduz Nqolo Kante ilə bağlı böyük plan qurur. 34 yaşlı yarımmüdafiəçinin müqaviləsi mövsümün sonunda başa çatır və hələ də tərəflər arasında danışıqlar aparılmayıb.
Yenicə Liqa 1-ə yüksəlmiş Paris təmsilçisi bu vəziyyətdən yararlanmağa çalışır. Klubun sahibi Arno ailəsi Kanteni komandanın əsas fiquru kimi görür və paytaxtda ikinci güclü klub layihəsinin mərkəzinə onu yerləşdirmək istəyir (ℹ️Foot Mercato)
Kante üçün başqa iddialılar da var
Paris klubu fransalı ulduzu qış transfer pəncərəsində ödəniş qarşılığında almağı və ya yayda azad agent kimi gətirməyi nəzərdən keçirir. Lakin “Paris FC” Kante uğrunda tək olmayacaq. Mənbə yazır ki, başqa Səudiyyə klubları da dünya çempionu futbolçu ilə ciddi maraqlanır.
Hazırda Kante “Əl-İttihad”la müqaviləni uzatmayıb və bu, Paris klubu üçün real fürsətə çevrilib. Klub fransalı ulduzu komandaya gətirib, layihənin siması etmək niyyətindədir.
📰 Mənbə: Foot Mercato
© Copyright 2025, All Rights Reserved