Nəriman Axundzadə ildə 1 milyon qazanacaq
Razılaşmaya görə, Nəriman Axundzadə MLS təmsilçisi “Kolumbus Kru”da ilk il üçün 1 milyon dollar gəlir əldə edəcək, növbəti mövsümlərdə isə qazancı mərhələli şəkildə artacaq.
90plus.az xəbər verir ki, Ohayo klubu ilə 2029-cu ilin iyununa qədər qüvvədə olacaq uzunmüddətli anlaşma imzalanıb.
O, “Qarabağ”da çıxış edərkən ayda 12 min manat (ildə 144 min manat) əməkhaqqı alırdı.
Forvard bu mövsüm Premyer Liqada keçirdiyi 13 qarşılaşmada 3 dəfə fərqlənmişdi.
“Qarabağ” Nəriman Axundzadənin transferindən 2.5 milyon avro gəlir əldə etdi və bu keçid Azərbaycan futbol tarixində ən yüksək məbləğli azərbaycanlı oyunçu satışı kimi yadda qaldı.
© Copyright 2026, All Rights Reserved