Nuno Mendeş -oyunun adamı oldu!
Portuqaliya yığmasının ulduzu Nuno Mendeş İspaniya ilə Portuqaliya arasında keçirilən UEFA Millətlər Liqasının final oyununda “Ən Yaxşı Oyunçu” mükafatına layiq görülüb.
90plus.az xəbər verir ki, Lamin Yamalı dayandıran, hesabı bərabərləşdirən qolu vuran Nuno Mendeş 120 dəqiqə ərzində möhtəşəm oyun nümayiş etdirib və penalti seriyasında da zərbəsini dəqiq yerinə yetirib.
Portuqaliya komandası 120 dəqiqəlik əsas və əlavə vaxtda 2:2 hesablı heç-heçədən sonra penaltilər seriyasında qalib 5-3 gələrək UEFA Millətlər Liqasının qalibi olub.
"Pari Sen-Jermen" klubunun müdafiəçisi oyun ərzində bir dəfə belə driblinqə məruz qalmayıb və xüsusilə Lamin Yamal ilə duelində fərqlənib.
© Copyright 2026, All Rights Reserved