Nunyes “Napoli”nin hədəfidir

“Napoli”nin transfer hədəfi: Darvin Nunyes prioritetlər sırasında!
90plus.az xəbər verir ki, İtaliyanın “Napoli” klubu yay transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün “Liverpul”un forvardı Darvin Nunyesi əsas hədəflərindən biri kimi müəyyənləşdirib. Bu barədə tanınmış transfer mütəxəssisi Fabritsio Romano məlumat yayıb.
25 yaşlı uruqvaylı futbolçunun adı uzun müddətdir ki, transfer şayiələrində hallanır və “Napoli” onun transferində ciddi maraqlıdır. Neapol təmsilçisinin nümayəndələri bu həftə Darvinin gələcəyi ilə bağlı rəsmi danışıqlara başlayacaq.
Darvin Nunyesin xidmətində yalnız “Napoli” deyil, həmçinin Səudiyyə Ərəbistanı Pro Liqası klubları və bir neçə aparıcı Avropa komandası da maraqlıdır. Lakin oyunçunun Avropada yüksək səviyyədə çıxış etməyə davam etmək istəyi “Napoli”yə üstünlük qazandıra bilər.
Qeyd: Darvin Nunyes 2022-ci ilin yayında “Benfika”dan “Liverpul”a transfer olunmuşdu. O, “qırmızılar”ın heyətində keçirdiyi iki mövsümdə zaman-zaman ön plana çıxsa da, stabil performans sərgiləməkdə çətinlik çəkib və mövsümün bir hissəsini ehtiyat oyunçular skamyasında keçirib.
“Napoli”nin onu transfer etməsi üçün ciddi maliyyə resursları tələb olunsa da, klub rəhbərliyi yeni baş məşqçi Antonio Kontenin tələbi ilə hücum xəttində keyfiyyətli bir əlavə etməyə qərarlıdır. Danışıqların gedişi və “Liverpul”un cavabı qarşıdakı günlərdə bəlli olacaq.
© Copyright 2025, All Rights Reserved