Nuri Şahin rəsmən “Borussiya”nın baş məşqçisi!
Türkəsilli məşqçi Nuri Şahin rəsmən "Borussiya Dortmund"un yeni baş məşqçisi oldu!
90plus.az xəbər verir ki, klubun media hesabı 35 yaşlı yeni baş məşqçisini rəsmən təqdim edib.
Nuri Şahin futbolçu karyerasında da Dortmund "Borussiya"sında da çıxış edən və adını klubun tarixinə yazan bir addır.
O, futbolçu karyerasına "Borussiya Dortmund" akademiyasında başlayıb. 16 yaşında əsas komandada çıxış edib və Bundesliqada oynayan ən gənc oyunçu olub. O, karyerası boyunca "Real Madrid", "Liverpul", "Feyenoord" və "Verder Bremen" klublarında çıxış edib. Oyunçu karyerasını bitirdikdən sonra Dortmund klubunda köməkçi məşqçi vəzifəsində çalışırdı.
© Copyright 2026, All Rights Reserved