Nyu-Yorkda şalvar skandalı: Karlsen yarışdan uzaqlaşdırıldı

Nyu Yorkda keçirilən rapid üzrə dünya çempionatı qalmaqallarla yadda qalıb, nəticədə şahmat üzrə dünya çempionu Maqnus Karlsen turnirdən uzaqlaşdırılıb.
90plus.az məlumat verir ki, bu barədə idmançı öz sosial media hesabında açıqlama verib.
Bildirilir ki, Norveçli şahmatçı 9-cu turda geyim qaydalarını pozduğu üçün turnirdən kənarlaşdırılıb. O, təşkilatçıların xəbərdarlığına baxmayaraq, oyuna cins şalvarla çıxıb.
“Mən köynək və pencək geyinmişdim, amma cins şalvar barədə düşünməmişdim. Məndən dəyişməyimi tələb etdilər, lakin prinsipial olaraq bunu etməməyə qərar verdim. Görünür, turniri başa vurub, daha yaxşı iqlimi olan bir yerə gedəcəyəm,” - Karlsen sosial mediada qeyd edib.
© Copyright 2025, All Rights Reserved