"Nyukasl" Almaniyadan futbolçu alır
"Nyukasl Yunayted" Yulian Rayerson ilə maraqlanır.
90plus.az xəbər verir ki, Premyer Liqa klubu norveçli müdafiəçi üçün artıq danışıqlara başlayıb.
28 yaşlı futbolçu özü də “Nyukasl”da çıxış etməyə razılıq verib. Onun Borussiya Dortmund ilə müqaviləsi 2028-ci ilin iyun ayının 30-na qədər qüvvədədir.
Norveç millisinin üzvü bundan əvvəl “Vikinq” və “Union Berlin” klublarında forma geyinib.
Qeyd: Nyukasl United Qarabağ FK ilə Çempionlar Liqasının pley-off mərhələsində qarşılaşacaq.
© Copyright 2026, All Rights Reserved