"Nyukasl" "Barselona"nın hücumçusuna "göz qoydu"
"Nyukasl" "Barselona" futbolçusu Ferran Torreslə maraqlanır.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı yatırımından sonra "əli-qolu açılan" "sağsağanlar" yavaş-yavaş iddialı transferlərə başlayırlar. Bundan əvvəl İspaniya La Liqasından Kieran Trippier və Aleksandr İsakı transfer edən cənub klubu bu dəfə gözünü Ferran Torresə dikib. Klubun futbolçu üçün samballı təklif edəcəyi istisna edilmir.
Qeyd: Torres bundan əvvəl də İngiltərə Premyer Liqasında oynayıb. O, "Mançester Siti"dən "Barselona"ya transfer olunmuşdu.
© Copyright 2026, All Rights Reserved