“Nyukasl” uddu, “Çelsi” kabus yaşayır
“Nyukasl” Londonda qalib gəldi – “Çelsi”nin Çempionlar Liqası ümidlərinə zərbə vuruldu.
90plus.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 30-cu turunda “Çelsi” doğma meydanda “Nyukasl”ı qəbul edib. “Stamford Bric”də keçirilən qarşılaşma qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb:
Çelsi - 1 Nyukasl
A. Qordon 18’
Qol: https://t.me/doxsanplus/115322
Beləliklə, Eddi Haunun komandası səfərdə vacib qələbə qazanıb.
Bu nəticə “Çelsi” üçün uğursuz həftəni davam etdirib. London klubu həftə ərzində əvvəlcə Çempionlar Liqasında səfərdə PSJ-yə 2:5 hesabı ilə uduzub, Premyer Liqada isə öz meydanında “Nyukasl”a minimal hesabla məğlub olub.
Ardıcıl uğursuz nəticələr “Çelsi”nin Çempionlar Liqasına vəsiqə uğrunda mübarizəsinə ciddi zərbə vurub.
© Copyright 2026, All Rights Reserved