“Nyukasl”dakı oyuna bilet satılır: Kvota məlumdur
“Nyukasl” “Qarabağ” azarkeşləri üçün 2466 bilet ayırıb.
90plus.az xəbər verir ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində həyəcan getdikcə artır. İngiltərənin “Nyukasl” klubu cavab oyunu üçün “Qarabağ” azarkeşlərinə 2466 yer ayırıb.
Komandamıza İngiltərədə tribunadan dəstək vermək istəyən azarkeşlər üçün səfər biletləri bu gün saat 15:00-da satışa çıxarılıb. Biletlərin satışı iTicket.az vasitəsilə həyata keçirilir.
Cavab oyunu 25 fevral tarixində Nyukaslda keçiriləcək və qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd: Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu 21 fevralda Bakıda baş tutacaq.
© Copyright 2026, All Rights Reserved