"Nyukasl"dan Bakıya gələcək azarkeşlərinə: "Hörmət edin"
“Nyukasl” komandası “Qarabağ”la oyuna görə Bakıya gələcək azarkeşlərinə müraciət edib.
90plus.az xəbər verir ki, bu açıqlama İngiltərə klubunun rəsmi saytında dərc olunub.
Müraciətdə azarkeşlər üçün səfərlə bağlı vacib məlumatlar verilib və onları yerli adət-ənənələrə hörmətlə yanaşmağa çağırıb.
Xüsusilə klub tərəfdarlara Azərbaycanda fevralın 17-si axşamından başlayacaq Ramazan ayının qaydalarına diqqət etməyi tövsiyə edib. Orucun 18 fevral səhərindən etibarən başlaması və yerli mədəniyyətə hörmət göstərilməsi vurğulanıb.
Həmçinin müraciətdə tarixi yerlər və abidələr ətrafında davranış qaydalarına diqqət yetirilməsinin vacibliyi qeyd olunub. Xüsusilə Şəhidlər Xiyabanının həssas məkan olduğu və burada hörmətsiz hərəkətlərin yolverilməz olduğu diqqətə çatdırılıb.
Qeyd: UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” – “Nyukasl” oyunu 18 fevralda Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Cavab qarşılaşması isə 24 fevralda Nyukaslda olacaq.
© Copyright 2026, All Rights Reserved