“Nyukasl”ın oyunçusu: “Qarabağ qeyri-adidir”
“Nyukasl”dan Entoni Elanqa: “Qarabağ güclü və qeyri-adi komandadır”.
90plus.az xəbər verir ki, “Nyukasl”ın hücumçusu Entoni Elanqa sabah Qarabağla qarşılaşacaqları Çempionlar Liqası pley-off matçı öncəsi fikirlərini bölüşüb:
“Onların potensialını bilirik. Kopenhagen və Çelsi ilə oyunları mənim diqqətimi cəlb etmişdi. Çempionlar Liqasında olan istənilən komandanın zəif olmadığını hesab edirəm. Asan olmayacaq,” – deyə Elanqa bildirib.
O, həmçinin komandasının gücünü vurğulayıb:
“Bizim komandamız da güclüdür, komanda şəklində oynayırıq. Gələcəyə pozitiv baxırıq və sabahkı oyuna fokuslanmışıq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. Çalışacağıq ki, bu səddi aşaq və bacardığımız qədər irəli gedək.”
Çempionlar Liqası, pley-off: 18 fevral, saat 21:45-də, Tofiq Bəhramov stadionunda:
Qarabağ – Nyukasl
Oyuna maraq böyükdür və hər iki komandadan da yüksək performans gözlənilir.
© Copyright 2026, All Rights Reserved