Obameyanq, Qrizmann, Van Deyk və Zubir
Çempionlar Liqasında bu mövsüm qol vuran ən yaşlı futbolçuların siyahısında “Qarabağ”ın lideri Abdullah Zubir də yer alıb.
90plus.az xəbər verir ki, aparıcı ulduzların sırasında olan siyahıya “Marsel”dən Pyer-Emerik Obameyanq, “Atletiko”dan Antuan Qrizmann və “Liverpul”dan Vircil van Deyk başçılıq edir. Onların ardınca isə 4-cü pillədə Abdullah Zubir qərarlaşıb.
Bu göstərici fransalı yarımmüdafiəçinin hələ də yüksək səviyyədə olduğunu və Çempionlar Liqası kimi turnirdə ciddi fərq yaratdığını bir daha sübut edir.
“Qarabağ”ın aparıcı oyunçusu bu mövsüm də komandasının ən vacib fiqurlarından biri olaraq diqqət çəkməkdə davam edir.
ℹ️ 5 turdan sonra "Qarabağ" 19-cu pillədə dayanıb.
© Copyright 2025, All Rights Reserved