Okan Buruk "Liverpul"la oyundan öncə ümid vermədi: "Ancaq 10 dəqiqə.."

90plus.az xəbər verir ki, "Qalatasaray"da ulduz hücumçu Viktor Osimhenin Çempionlar Liqasının növbəti mərhələsində "Liverpul"la keçiriləcək oyun üçün hazır olub-olmadığı hələlik dəqiq bilinmir. Baş məşqçi Okan Buruk futbolçunun fiziki vəziyyətinə görə risk etdiklərini etiraf edib.
Türk klubu ötən cümə günü Super Liqada "Alanyaspor" üzərində 1:0 hesablı qələbə qazandı. Osimhen uzun müddət davam edən ayaq zədəsindən sonra oyunun 85-ci dəqiqəsində meydana daxil oldu. Bu, onun avqust ayından bəri ilk oyunu oldu.
Buruk jurnalistlərə açıqlamasında, Osimhenin məhdud vaxt almasının səbəbini belə izah etdi: “Onu 10 dəqiqə oynatmaq istədik ki, ağrını hiss etsin. Bəzən ağrı olur və onu keçmək vacibdir. O, hələ tam fiziki hazır deyil və milli komandadan qayıtdıqdan sonra komandamızla məşq etməyib.
Osimhen qısa müddət bizlə oynadı. Ağrısını və fiziki vəziyyətini qiymətləndirib, növbəti oyun üçün qərar verəcəyik.”
Buruk əlavə etdi ki, hücumçu "Qalatasaray"ın bu matçda riskə gedəcəyi bir vəziyyətdədir, amma komandaya kömək edə bilməsi üçün belə addımlar atılır.
© Copyright 2025, All Rights Reserved