“Oklahoma Siti Tander” 3-də 3 etdi
Amerika Basketbol Liqasında (NBA) son çempion “Oklahoma Siti Tander” səfərdə “Atlanta Houks” üzərində 117:100 hesablı qələbə qazanaraq mövsümə üçdə üç uğurla başladı.
90plus.az xəbər verir ki, son çempion “Tander” “Houks” səfərində qazandığı bu nəticə ilə çempionluq titulu uğrunda iddialı çıxışını davam etdirdi.
“Tander” komandasının liderləri Chet Holmgren 31 xal, 11 ribaund, Shai Gilgeous-Alexander isə 30 xal, 5 ribaund və 5 asistlə komandasının qələbəsində əsas pay sahibi oldular. Isaiah Hartenstein 14 xal, 10 ribaund, Ajay Mitchell isə 14 xal, 7 ribaund və 7 asistlə fərqləndi.
İkinci məğlubiyyətini yaşayan “Houks”da Nickeil Alexander-Walker 17 xal, Trae Young 15 xal və 10 asist, Asa Newell 12 xal və 10 ribaund, Onyeka Okongwu isə 11 xal və 12 ribaundla oynadı.
Türkiyəli basketbolçu Adem Bonanın çıxış etdiyi “Filadelfiya 76ers” evdə “Şarlotta Hornets” üzərində 125:121 hesablı qələbə qazanaraq mövsümdə ikidə iki etdi.
“76ers”də Tyrese Maxey 28, Quentin Grimes 24, Joel Embiid isə 20 xal qazandı. Adem Bona təxminən 12 dəqiqə meydanda qalaraq oyunu 1 xal, 1 asist, 1 top oğurlama və 1 blokla başa vurdu.
© Copyright 2025, All Rights Reserved