Olimpiya çempionumuz Avropa 2-cisi oldu

Olimpiya çempionumuz, cüdoçu Zelim Kotsoyev (100 kq) Avropa ikincisi oldu.
90plus.az xəbər verir ki, Monteneqroda keçirilın qitə birinciliyinin həlledici görüşündə Kotsoyev gürcüstanlı İlia Sulamanidzeyə uduzub.
Azərbaycan cüdoçuları nüfuzlu qitə turnirinin fərdi yarışlarında 1 gümüş, 4 bürünc medal əldə edib. Bürünc medalçılar:
Əhməd Yusifov (60 kq),
Rəşid Məmmədəliyev (73 kq),
Zelim Tçkayev (81 kq),
Murad Fətiyev (90 kq)
Qeyd: Avropa çempionatında Azərbaycanı yığması qarışıq komanda yarışında da mübarizə aparacaq. Turnirə aprelin 27-də qarışıq komanda yarışları ilə yekun vurulacaq.
© Copyright 2025, All Rights Reserved