Olimpiya çempionumuz: “Yuxudan çox gümrah oyanmışdım”

Paris Yay Olimpiya Oyunlarında millimizin adına 2-ci qızıl medalı qazanan cüdoçumuz Zelim Kotsoyev təəssüratlarını bölüşüb.
90plus.az xəbər verir ki, Kotsoyev bu sözləri deyib:
"Çox sevinirəm ki, çəkdiyimiz əziyyət hədər getmədi. Bu işdə hər kəsin zəhməti var. Həm Azərbaycan Cüdo Federasiyası, həm də məşqçilərimiz çox çalışdılar. Bu gün səhər yuxudan oyananda özümü çox gümrah hiss edirdim. Qızıl medal qazanmağımda Hidayət Heydərovun rolu az olmadı. Onun uğurları məni qələbəyə köklədi.
Hidayət bütün gün zalda mənimlə bərabər olub, öz dəstəyini göstərib. Final görüşünün sonlarında məğlubiyyətlə barışmaq istəmirdim. Çalışırdım ki, rəqib idmançı səhvə yol versin və bu baş verdi".
Zelim Kotsoyevin Olimpiya çempionu olduğu anlar: VİDEO
https://t.me/doxsanplus/86727
Qələbə sevinci: VİDEO https://t.me/doxsanplus/86723
Parisdə növbəti dəfə Azərbaycan himni səslənir. VİDEO
https://t.me/doxsanplus/86738
Qeyd: Zəlim Kotsoyev qızıl medal qazanmaqla Azərbaycan idmanı tarixində bir idman növündə eyni olimpiadada 2 qızılın əsasını qoyur. Daha əvvəl bir idman növündə 2 qızıl eyni olimpiya oyunlarında qazanılmamışdı.
© Copyright 2025, All Rights Reserved