Oliver Qlasner 6 ay sürücülükdən azad edildi
“Kristal Pelas”ın baş məşqçisi üçün pis xəbər- 6 ay avtomobil idarə edə bilməz!
90plus.az xəbər verir ki, “Kristal Pelas”ın baş məşqçisi Oliver Qlasner üçün xoşagəlməz hadisə baş verib.
Məlumata görə, o, Londonda 20 km/saat sürət məhdudiyyətinin tətbiq olunduğu zonalardan birində sürət həddini aşdığı üçün cəzalandırılıb. Məhkəmənin qərarına əsasən, mütəxəssis 6 ay müddətinə avtomobil idarə etmək hüququndan məhrum edilib.
Məhkəmə sənədlərində qeyd olunur ki, Qlasnerin bundan əvvəl də yol hərəkəti qaydalarını pozması halları qeydə alınıb. Məhz bu səbəbdən son pozuntu avtomatik olaraq sürücülük qadağası ilə nəticələnib.
Qeyd: “Kristal Pelas” hazırda İngiltərə Premyer Liqasında çıxış edir və komanda Qlasnerin rəhbərliyi altında mövsümü davam etdirir.
© Copyright 2026, All Rights Reserved