Olivye Jirunun evi qarət olundu

ABŞ-ın "Los-Anceles" klubunun forvardı Olivye Jiru soyğunçuluğa məruz qalıb.
90plus.az xəbər verir ki, cinayətkarlar fevralın əvvəlində 38 yaşlı futbolçunun evinə daxil olublar.
Jiruya dəyən maddi ziyanın təxminən 500 min dollar olduğu bildirilir. Dəyərli əşyalar, o cümlədən 10 saat oğurlanıb. Hazırda həmin şəxslərin kimliyi müəyyən edilməyib. Polis hadisə ilə bağlı araşdırmaları davam etdirir.
Xatırlatma: Fransa millisinin keçmiş oyunçusu 2024-cü ilin yayından etibarən MLS-də çıxış edir.
© Copyright 2025, All Rights Reserved