Ölməyib, amma 1 dəqiqəlik sükutla yad olundu!
Bolqarıstan çempionatında ( "Arda 1 - 1 Levski") qeyri-adi hadisə baş tutub.
90plus.az xəbər verir ki, "Arda" klubuna keçmiş futbolçu Petko Qançevin vəfatı haqda məlumat gəlib. Futbolçular isə oyundan öncə dəqiqəlik sükut ediblər.
Qançevin həyat yolaşı həmin vaxt oyunu televizordan izlədiyi üçün şoka düşüb. O, həyat yoldaşına dəfələrlə zəng edib. Lakin Qançev avtomobil idarə edirmiş və cavab verə bilməyib. Nəhayət, Qançev evə çatıb və hər şey aydın olub.
"Arda" bu yanlışlığa görə üzr istəyib: "Sabiq futbolçumuz Petko Qançev və onun yaxınlarından kluba daxil olan yalan məlumata görə başverənlər səbəbindən üzr istəyirik. Qançevə uzun illər can sağlığı və "Arda"nın uğurlarına sevinməyi arzulayırıq”.
📰: Talksport
© Copyright 2025, All Rights Reserved