Omar Momani Qurban Qurbanovu vəsf etdi

Omar Momani Qurban Qurbanovu Roma qəhrəmanı kimi təsvir etdi – məşhur karikaturaçıdan “Qarabağ”a jest!
90plus.az xəbər verir ki, dünyaca məşhur futbol karikaturaçısı Omar Momani növbəti yaradıcı əsərini Azərbaycan futboluna həsr edib. Bu dəfə onun ilham mənbəyi “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov olub.
Momani Qurbanovu Roma İmperiyasının zəfər qazanmış qəhrəmanı kimi təsvir edib. Karikaturada baş məşqçi qələbə simvolu olan laur ətrafında əzəmətli şəkildə dayanıb. Onun ətrafında isə çoxsaylı kuboklar yer alıb – bu detal Qurban Qurbanovun “Qarabağ”la qazandığı 12-ci Azərbaycan çempionluğunu simvolizə edir.
Əsər həm yerli, həm də beynəlxalq idman ictimaiyyəti tərəfindən maraqla qarşılanıb.
© Copyright 2025, All Rights Reserved