Ön sıra Antonellinin! Rekord qırdı
Formula 1-də gənc pilot diqqətçəkən uğura imza atıb.
90plus.az xəbər verir ki, Kimi Antonelli sıralama turunda ən yaxşı nəticəni göstərərək "poul" mövqeyini qazanıb və bununla da Formula 1 tarixində rekord müəyyənləşdirib.
İtaliyalı pilot bu nəticə ilə Formula 1 tarixində ən gənc "poul" mövqeyi qazanan sürücü kimi tarixə düşüb. Beləliklə, o, daha əvvəl bu rekorda sahib olan Sebastian Vettelin göstəricisini geridə qoyub.
Qeyd: Antonelli “Mersedes” komandasında çıxış edir və bu nailiyyət onun karyerasında qazandığı ilk pole mövqeyi kimi tarixə düşüb.
© Copyright 2026, All Rights Reserved