Onu “Real”, “Barselona” və “Man Yunayted” istəyir
"Ayntraxt"ın 22 yaşlı alman-amerikalı qarışıq sol cinah müdafiəçisi Nataniel Braun "Real Madrid"in yay transfer siyahısında yer alıb. Bu barədə Sky Germany məlumat yayıb.
90plus.az xəbər verir ki, "Los Blankos" skautları yaxın vaxtlarda Braunun "Köln" və "Atalanta" ilə oyunlarını izləyiblər. Onun sürətli reydləri və dəqiq ötürmələri diqqət çəkib.
Braun 2024-cü ilin yanvarında "Nürnberq"dən icarədən sonra "Ayntraxt"la 5.5 illik müqavilə imzalayıb və qısa müddətdə parlayaraq 2025-ci ilin oktyabrında Almaniya millisindən dəvət alıb.
1.78 sm boyu olan solaxay müdafiəçiyə "Barselona" da ciddi maraq göstərir. "Mançester Yunayted" isə onun inkişafını yaxından izləməyə davam edir.
"Ayntraxt"ın idman direktoru Markus Kresşe futbolçunun 2026-cı ilin yayında klubdan ayrılacağına "100% əmindir". Klub onu artıq 60-70 milyon avro civarında qiymətləndirir.
© Copyright 2025, All Rights Reserved