Oruc tutur, het-trik edir, tarix yazır: Lamin Yamal inanılmazdır
Lamin Yamal tarix yazdı – “Barselona” zirvədə fərqi artırdı.
90plus.az xəbər verir ki, İspaniya La Liqasının növbəti turunda “Barselona” doğma meydanda “Vilyareal”ı 4:1 hesabı ilə məğlub edib.
Görüşün əsas qəhrəmanı Lamin Yamal olub. 18 yaş 230 günlüyündə het-trik edən gənc ulduz La Liqa tarixində bu nailiyyətə imza atan ən gənc futbolçuya çevrilib. O, 2008-ci ildə “Mursiya”ya qarşı 19 yaş 6 günlüyündə fərqlənən Covani dos Santosun rekordunu geridə qoyub.
Yamal 28, 37 və 69-cu dəqiqələrdə fərqlənərək karyerasında ilk het-trikini rəsmiləşdirib. Digər qolları P. Qeye (49) və Robert Levandovski (90+1) vurublar.
Gənc futbolçu bunu Ramazan ayında oruc tutaraq bacarıb. O, oyundan sonra matç topunu evinə aparıb və ilk het-trikindən sonra anasını qucaqlayıb:
VİDEO: https://t.me/doxsanplus/114886
Barselona 4 - 1 Vilyareal
L. Yamal 28’ 37’ 69’
P. Gueye 49’
R. Levandovski 90+1’
Qollar: https://t.me/doxsanplus/114869
Lamin Yamal artıq karyerasında 100-dən çox qol töhfəsinə malikdir. 163 oyunda 100 məhsuldar hərəkət edən ispaniyalının hesabında 48 qol və 52 assist var.
Bu qələbə ilə “Barselona” xalını 64-ə çatdıraraq turnir cədvəlinin zirvəsində mövqeyini möhkəmləndirib. “Real Madrid” isə 60 xalla ikinci pillədə qərarlaşıb. Fərq 4 xala yüksəlib.
© Copyright 2026, All Rights Reserved