Osimhen "Fənər"in sponsorundan 1.5 milyon qazandı

Nigeriyalı hücumçu Viktor Osimhen məşhur ərzaq brendi "Ülker"in reklam kampaniyasından 1,5 milyon avro qazanıb.
90plus.az xəbər verir ki, bu barədə "343 Digital" YouTube kanalında jurnalist Haluk Yürekli məlumat verib. Onun sözlərinə görə, "Napoli"nin futbolçusu illik 9 milyon avro maaş alır və "Çizi" reklamına görə əlavə gəlir əldə edib.
Haluk Yürekli qeyd edib ki, reklam təklifi "Qalatasaray" vasitəsilə deyil, birbaşa futbolçunun özü ilə razılaşdırılıb. Reklam müqaviləsinin dəyəri isə 1,5 milyon avro təşkil edib.
"Ülker" markasının sahibi olan "Yıldız Holdinq"in əsas səhmdarlarından biri Murad Ülker daha öncə də diqqətçəkən jestlə yadda qalmışdı. Belə ki, "Qalatasaray"ın Türkiyə Superliqasının çempionu olması münasibətilə holdinqin binasına "Qalatasaray" bayrağı asılaraq klubun qələbəsinə hörmət göstərilmişdi.
© Copyright 2025, All Rights Reserved