Osimhen tarix yazdı, “Qalatasaray” uddu
Osimhen het-trik etməklə tarix yazdı, “Qalatasaray” Amsterdamda qalib gələn ilk türk klubu oldu.
90plus.az xəbər verir ki, “Qalatasaray” Çempionlar Liqasının liqa mərhələsinin 4-cü turunda səfərdə “Ayaks”ı darmadağın edib. Oyun 0:3 hesabı ilə İstanbul təmsilçisinin xeyrinə başa çatıb və bu nəticə “Qalatasaray”ı Amsterdamda qələbə qazanan ilk türk klubu kimi tarixə salıb.
Komandanın bütün qollarına Viktor Osimhen imza atıb. Nigeriyalı hücumçu 59-cu dəqiqədə hesabı açıb, daha sonra 66 və 76-cı dəqiqələrdə penaltilərdən fərqlənərək het-trikə nail olub. Bu qollar sayəsində Osimhenin cari mövsümdəki avrokuboklardakı qollarının sayı 6-ya çatıb.
26 yaşlı hücumçu həmçinin Avropa turnirlərində ümumilikdə 25-ci qolunu vurub və bununla da Nigeriya tarixində Avropada ən çox qol vuran futbolçu olub. O, bu göstərici ilə Obafemi Martinsin rekordunu arxada qoyub.
Osimhen hazırda Çempionlar Liqasının liqa mərhələsinin bombardirlər siyahısına liderlik edir. O, Harri Keyn, Erlinq Haaland və Kilian Mbappeni bir qolla qabaqlayır.
“Ayaks” ilk hissədə qapıçısı Remko Pasveerin iki möhtəşəm qurtarışı sayəsində qapısını toxunulmaz saxlasa da, ikinci hissədə Osimhenin qarşısını almaq mümkün olmayıb. “Qalatasaray”ın iki penalti zərbəsi də məhz “Ayaks” müdafiəçilərinin əllə oyunu səbəbindən təyin olunub:
Ayaks 0-3 Qalatasaray
Osimhen 59' 66' 76'
Qollar:
https://t.me/doxsanplus/110276
https://t.me/doxsanplus/110279
https://t.me/doxsanplus/110284
Bu nəticədən sonra “Ayaks” liqa mərhələsində dörd oyundan sonra 0 xal toplayıb və son pillədə qərarlaşıb. “Qalatasaray” isə 9-cu pilləyə yüksələrək ilk “8-lik” uğrunda mübarizədə ciddi addım atıb.
© Copyright 2025, All Rights Reserved