Osimhen yenə ərəblərə "yox" dedi

Viktor Osimhen “Al Hilal”ın ikinci təklifini də rədd etdi.
90plus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu hücumçuya bu dəfə illik 30 milyon avro ödəməyə hazır olsa da, nigeriyalı buna razılaşmayıb. “Al Hilal”ın əvvəlki təklifi 26 milyon avro idi.
”Napoli” 26 yaşlı hücumçunun satışından 75 milyon funt sterlinq qazanmaq istəyir.
© Copyright 2025, All Rights Reserved