Ousman Dembele: “Qızıl Top”un sahibidir! Detallar

Rəsmi: Usman Dembelenin “Ballon d’Or 2025” qalibi olduğu açıqlandı!
90plus.az xəbər verir ki, France Football jurnalının təşkil etdiyi möhtəşəm “Ballon d’Or 2025” mərasimi Fransanın paytaxtı Parisdə, "Şatle Teatrı"nda baş tutub.
Bu il dünyanın ən nüfuzlu fərdi futbol mükafatı “PSJ”nin ulduzu Usman Dembeleyə qismət olub. O, səsvermədə “Barselona”nın gənc istedadı Lamin Yamalı və komanda yoldaşı, portuqaliyalı Vitinyanı qabaqlayaraq dünyanın ən yaxşı futbolçusu seçilib.
Kişilər arasında sıralama:
🥇 Usman Dembele (“PSJ”)
🥈 Lamin Yamal (“Barselona”)
🥉 Vitinya (“PSJ”)
Qadınlar arasında: Ardıcıl üçüncü dəfə mükafat qazanan Aitana Bonmati (“Barselona” və İspaniya yığması) “Qadınlar Ballon d’Or” mükafatına layiq görülüb.
✨ Dembelenin emosional anı
Mərasimdə xüsusi an yaşanıb: Dembele nitq söyləyərkən kameralar uşaqlıq dostu Mustafa Diattaya yönəlib. O, Dembelenin bütün gənclik illərini birlikdə keçirdiyi, lakin peşəkar ola bilməyən yaxın dostudur. Mustafa hər zaman Dembeləyə inanıb və bu uğuru dostu ilə bölüşüb.
Dembele mükafatı alarkən sözlərini belə tamamlayıb:
👉 “Mustafa üçün… Biz 4-5 yaşımızdan birlikdəyik. O, həmişə yanımda olub, dəstək verib. Mənə hər zaman deyirdi ki, bir gün dünyanın ən yaxşı futbolçusu olacam. Həmişə birlikdə olacağıq.”Tarixi uğur: Dembele bu uğurla “Ballon d’Or” qazanan fransız futbolçuların elit sırasına qoşuldu. O, indi Raymond Kopa, Zinəddin Zidan və Mişel Platini kimi əfsanələrlə bir sıradadır.
🔟 Messidən təbrik: Futbol tarixinə adını qızıl hərflərlə yazdıran Lionel Messi də Dembeleni təbrik etməyi unutmayıb:
💬 “Grande Ous!!! (Bravo Ousman) Təbriklər, sənin üçün çox sevinirəm. Bu uğuru tamamilə haqq etdin.”
Beləliklə, Usman Dembele həm “PSJ”, həm də Fransa futbol tarixi üçün möhtəşəm bir səhifə açaraq “Ballon d’Or 2025”in qalibi oldu.