Özbəkistan millisinin üzvü, Rusiyanın ÇSKA klubunda çıxış edən yarımmüdafiəçi Abbosbek Fayzullayev Asiyada ilin ən yaxşı gənc futbolçusu adına layiq görülüb.
90plus.az xəbər verir ki, o, Yaponiyanın "Kamimura" klubunun hücumçusu Qaku Navata və İngiltərə təmsilçisi "Stok Siti"nin yarımmüdafiəçisi Bae Yun-Honu qabaqlayıb.
Təqdimetmə mərasimi Seul şəhərində baş tutub.
Qeyd: 21 yaşlı A.Fayzullayev ötən mövsüm Moskva klubunda 32 matça çıxıb, 5 qol və 14 məhsuldar ötürmə müəllifi olub.
Mənbə: ÇSKA-nın media hesabı
© Copyright 2024, All Rights Reserved