Özbək futbolçu "Man Siti"də hamını qabaqladı
"Mançester Siti" klubunun müdafiəçisi Abdukodir Xusanov mart ayının ən yaxşı futbolçusu seçilib.
90plus.az xəbər verir ki, 22 yaşlı Özbəkistan millisinin üzvü azarkeşlərin səsverməsində Rodri və Jeremi Dokunu qabaqlayıb. Xusanov bu mükafata ikinci dəfə layiq görülüb. O, daha əvvəl yanvar ayında da komandanın ən yaxşısı seçilmişdi.
Ötən ay müdafiəçi bütün turnirlərdə 6 oyunda iştirak edib və onların 5-də start heyətində meydana çıxıb.
© Copyright 2026, All Rights Reserved