Özbək futbolçunu "Real" da istədi, "Siti" aldı
"Mançester Siti" özbək futbolçu Abdukodir Xusanovun transferini tamamlamaq üzrədir.
90plus.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı xəbər yayıb.
"Şəhərlilər", "Lans" klubunda çıxış edən 20 yaşlı oyunçu üçün 30 milyon funt sterlinq ödəyəcək. Gənc istedadla "Real", "Nyukasl" və "Tottenhem" kimi komandalar da maraqlansa da, futbolçu "Mançester Siti"yə keçməyi seçib.
Qeyd: Xusanov 2024/2025 mövsümündə "Lans"ın tərkibində 16 oyunda 1 məhsuldar ötürmə ilə fərqlənib.
© Copyright 2026, All Rights Reserved