Özbəkistan millisi dünya çempionuna tapşırıla bilər

Özbəkistan Futbol Federasiyası 2006-cı ilin “Qızıl Top” mükafatçısı Fabio Kannavaro ilə rəsmi əlaqə yaradıb.
90plus.az xəbər verir ki, bu barədə məşhur insayder Fabrizio Romano X sosial şəbəkəsində məlumat yayıb.
Federasiya 52 yaşlı italiyalı mütəxəssisin milli komandanın baş məşqçisi kimi təyinatını müzakirə edir. Hazırda tərəflər arasında danışıqlar davam edir.
Kannavaro məşqçilik karyerası ərzində “Everqrand”, “Əl-Nəsr”, “Benevento”, “Udineze” və digər klublarda çalışıb. Onun son iş yeri isə Zaqreb “Dinamo”su olub; burada üç ay yarım fəaliyyət göstərdikdən sonra bu ilin aprelin ayında komandadan ayrılıb.
Qeyd: Özbəkistan millisi DÇ-2026-da iştirak hüququ qazanıb.
© Copyright 2025, All Rights Reserved