Paris-2024: Zəlim Kotsoyev olimpiya çempionudur!

Paris olimpiadasında cüdo üzrə 100 kq çəkidə Zelim Kotsoyev finalda qələbə qazanaraq olimpiya çempionu olub!
90plus.az xəbər verir ki, Kotsoyev öncə 1/8 finalda polşalı Pyotr Kuçeranı ipponla məğlub edərək 1/4-ə adlayıb.
Bu mərhələdə Zelim İsrail cüdoçusu Peter Paltçiki 1 vaza-ari xalı ilə məğlub edib. Daha sonra Zəlim yarımfinalda özbək Muzaffarbek Turoboyevə vaza-ari xalı ilə qələbə qazanıb finala adını yazdırır.
Təmsilçimiz həlledici mərhələdə İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşıb və rəqib passivliyinə görə 3 şido xalı alır, Zelim Kotsoyev Olimpiya çempionu olur.
Zelim Kotsoyevin Olimpiya çempionu olduğu anlar:
https://t.me/doxsanplus/86727
Qələbə sevinci: https://t.me/doxsanplus/86723
Parisdə növbəti dəfə Azərbaycan himni səslənir. VİDEO
https://t.me/doxsanplus/86738
Qeyd: Paris-2024-ə yollanan 9 cüdoçumuzdan 7-si mübarizəni bitirib. Aktivimizdə 2 qızıl medal var: Hidayət Heydərovun və Zəlim Kotsoyevin.
Zelim Kotsoyev haqda: O, öz çəkisində dünya lideridir. Osetiyalı milliləşdirilmiş cüdoçumuz 2023-cü ildə (noyabr) Avropa çempionu, 2024-cü ilin mayında isə dünya çempionu olub.
© Copyright 2025, All Rights Reserved