Paris-2024: Velosiped yarışında baş zərbəsi qalmaqalı
Paris-2024 Yay Olimpiya Oyunlarında trek velosiped yarışında niderlandlı velosipedçi Yan-Villem van Şip rəqibi Böyük Britaniyalı Oliver Vudun başından zərbə vurub.
90plus.az xəbər verir ki, Van Şip kənar radiusla Vudu ötməyə çalışıb, lakin qəribə şəkildə onun başına toxunub. Toqquşmadan sonra britaniyalı velosipedçi maneəyə çırpılaraq yıxılıb.
Hakimlər Van Şipi 1400 dollar cərimələyərək yarışdan kənarlaşdırıblar.
Mənbə: The Sun
© Copyright 2026, All Rights Reserved