"Partizan"a 40 min avro cərimə — Türklərə qarşı irqçi pankarta görə
Serbiya təmsilçisi "Partizan" Basketbol Avropa Liqasının 12-ci həftəsində "Fənərbağça" ilə keçirilən oyunda serb azarkeşlərin qaldırdığı irqçi pankart səbəbilə 40 min avro məbləğində cərimələnib.
90plus.az xəbər verir ki, Avropa Liqasının rəsmi açıqlamasında bildirilib ki, "Partizan Belqrad" azarkeşlərinin sözügedən qarşılaşma zamanı törətdiyi çoxsaylı pozuntulara görə klub həm pul cəzası alıb, həm də ev oyunlarını stadion tutumunun yalnız 80 faizi ilə keçirmək məcburiyyətində qalacaq.
Qurum əlavə edib ki, qismən azarkeşsiz oynama cəzası 2025–26 mövsümü üçün şərti olaraq təxirə salınıb. Lakin klub qaydaları yenidən pozacağı təqdirdə bu cəza dərhal qüvvəyə minəcək.
© Copyright 2025, All Rights Reserved