Pedri: "Flik bizə ata kimidir"

Pedri baş məşqçisi Hans-Dieter Flik və "Qızıl top"u qazanmaq arzusundan danışıb.
90plus.az xəbər verir ki, ispaniyalı futbolçu maraqlı açıqlamalar verib:
"Flik həmişə qayğımıza qalır və kömək etməyə çalışır. O, kənardan da göründüyü kimi ciddi insandır. Hansısa futbolçu çətin dönəmdən keçirsə, baş məşqçimiz ona dəstək olur, danışır, işlərin necə getməsi ilə maraqlanır.
"Qızıl top"? Rodrinin qalib olmasından sonra yarımmüdafiəyə nəzarət və oyun tempinə diktə edən futbolçunun bu mükafata sahib çıxa biləcəyini gördük. "Qızıl top"u qazanmağı həmişə arzulamışam. Amma indi bütün fikrimi yalnız "trebl" etməyimizə yönəltmişəm".
© Copyright 2025, All Rights Reserved