Pedro missiyasını tamamlayıb getmək istəyir
 
                             
                         
                             
                                Pedro Rodriges ömründə yeni səhifə açmaq qərarına gəlib.
90plus.az xəbər verir ki, təcrübəli ispan futbolçu mövsümün sonunda “Latsio” ilə yollarını ayıracağını açıqlayıb. 38 yaşlı vingerin müqaviləsi yayın sonunda bitir və o, yenilənməyəcək.
Pedro açıqlamasında belə deyib:
“Latsio”nun Avrokuboklara vəsiqə qazanmasını istəyirəm, sonra isə ayrılmağın vaxtı gələcək.”
Təcrübəli futbolçu komandaya sonadək dəstək vermək niyyətindədir və mövsümü yüksək notla başa vurmaq istəyir. Pedro bu qərarı ilə Romada keçirdiyi uğurlu dönəmi sakit şəkildə yekunlaşdırmağa hazırlaşır.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    © Copyright 2025, All Rights Reserved