Pep günahı özündə gördü: "Özbəkcə öyrənməliyəm"
Pep yeni transfer etdikləri özbək müdafiəçinin ingilis dilində danışa bilmədiyi üçün ciddi səhvə yol verdiyini qeyd etdi.
90plus.az xəbər verir ki, dünən İngiltərə Premyer Liqasında "Mançester Siti" öz meydanında "Çelsi"ni qəbul etdi. İlk dəfə meydana "Mançester Siti" forması ilə çıxan gənc müdafiəçi Abdukodir Xusanov qola səbəb olan səhvlə yadda qaldı. Üstünə də sarı vərəqə alınca bütün oxlar ona tərəf döndü.
40 milyon avroya transfer olunan özbək futbolçu Xusanovdan böyük səhv:
https://t.me/doxsanplus/96777
Oyundan sonra Qvardiolaya onun haqqında sual verildi.
Müxbir: “Buraxdığı səhvlərdən sonra 5-ci dəqiqədə Xusanovu oyundan çıxartmağı düşündünüzmü?"
Pep Qvardiola: “Onunla danışa bilmək üçün rus və ya özbək dilini bilməliyəm. O, ingiliscə danışa bilmir."
© Copyright 2026, All Rights Reserved