Pep istəmişdi, Arteta satmadı
“Arsenal” qış transfer dövründə Ben Uaytla sağollaşmağı düşünmür.
90plus.az xəbər verir ki, London təmsilçisi 28 yaşlı futbolçunun daha çox oyun vaxtı qazanmaq üçün klubunu dəyişmək istəyi olsa da, onu satışa çıxarmaq niyyətində deyil. Bu barədə “TEAMtalk” xəbər yayıb.
“Everton” və “Mançester Siti”nin marağına baxmayaraq, “topçular” mövqeyindən geri çəkilmir. Klub Uaytın çoxfunksiyalı olmasını yüksək dəyərləndirir. İngiltərəli sağ cinah müdafiəçisi bu mövsüm “Arsenal”ın heyətində 14 matçda iştirak edib, 1 qol vurub və 1 assistlə yadda qalıb.
Futbolçunun klubla müqaviləsi daha 2,5 il qüvvədədir. Bu səbəbdən London klubu mövsüm ərzində Uaytla yollarını ayırmaq üçün ciddi əsas görmür.
© Copyright 2026, All Rights Reserved