Pep Kapellonun cavabını verdi
"Man Siti"nin çalışdırıcısı Pep Qvardiola Fabio Kapellonun tənqidinə cavab verib.
90plus.az xəbər verir ki, ispan çalışdırıcı italyan mütəxəssisə kinayəli söz göndərib:
"Haqqımda deyilən hər şeyi eşidirəm. Buna görə də ehtiyatlı olun. Sizi izləyirəm. Senyor Kapello artıq ilk dəfə deyil ki, bunu söyləyir"
"İtaliya futbolu mənim metodlarımla müqayisədə xeyli böyükdür. Bərk qucaqlayıram, Fabio".
Kapello bir neçə gün əvvəl bunları deyib:
"Qvardiola futbola böyük ziyan vurub. Bu, tam onun günahı olmasa da. Bütün baş məşqçilər Pepi kopyalamaq üçün 10 il xərcləyiblər. İtaliya futbolu da bu dönəmi yaşayıb və özünəməxsusluğunu itirib.
Ötürmə, ötürmə və yenə də ötürmə... İtaliya futbolunda artıq qapıçılar da qısa ötürmələrlə oynayırlar. Bu, faciədir və eyni zamanda cansıxıcıdır. Çoxları indi matçı deyil, icmalı izləyir. Mübarizənin və irəliyə ötürmənin olmadığı, 90 dəqiqəsi üfüqi ötürmələrdən ibarət oyuna niyə baxsınlar ki?"
Qeyd: "Man Siti" Premyer Liqada bu sezon artıq 40 qol buraxıb.
Bu, onların Pepin rəhbərliyi altında ən pis göstəricisidir.
📰: El Mundo/Manchester Evening News
© Copyright 2025, All Rights Reserved