Pep Qvardiola Barselonada yrni ev aldı, boşanır
“Mançester Siti”nin baş məşqçisi Pep Quardiola Barselonada dəbdəbəli mənzil alıb – bu, onun 30 illik həyat yoldaşından ayrılığının növbəti mərhələsini göstərir.
90plus.az xəbər verir ki, o, bu evi həyat yoldaşı Kristina Serra ilə birlikdə aldıqları 8,5 milyon funt sterlinq dəyərindəki ailə evinə yaxın bir yerdə seçib. Cütlüyün gözlənilməz ayrılığı barədə xəbərlər isə yanvarda yayılmışdı.
Pepin bu yeni mənzil alışı cütlüyün boşanma prosesində qəti addım sayılır. Mənbələrin bildirdiyinə görə, artıq boşanma “yaxın günlərdə baş verəcək”.
Quardiolanın yeni evi onun 2021-ci ilin fevralında həyat yoldaşı ilə birlikdə yarı-yarıya mülkiyyət hüququna sahib olduqları Pedralbes adlı sakit və varlı məhəllədə yerləşir. Yerli mediada bu ev “futboldan uzaqlaşmaq, sakitlik və düşüncə anları keçirmək üçün sığınacaq” kimi təsvir edilir.
Məsələyə yaxın mənbə bildirib:
“Ev çox genişdir, şəhərə möhtəşəm mənzərəsi var və Pepin zövqünə uyğun yüksək səviyyəli interyerə malikdir. Barselonanın mərkəzi hissəsinə – mağazalar, barlar və restoranlarla dolu ərazilərə rahat çıxışı var. Amma eyni zamanda şəhərin yuxarı hissəsində yerləşdiyi üçün sakit atmosferə malikdir və Pep uzun iş günlərindən sonra burada dincələ bilər.”
Fevral ayında cütlüyün eyni vəkil vasitəsilə boşanma prosesinə başladığını açıqlayan iki ispan jurnalist – özlərini “Mamarazzis” adlandıran duo – bildirib ki, Quardiola köhnə məhəlləsindən uzaqlaşmaq istəməyib.
Onlardan biri, Laura Fa deyib:
“Evin Pepin əvvəlki ailə evinə yaxın yerdə olması göstərir ki, o, hər zaman öz evi hesab etdiyi məhəllədən uzaq düşmək istəməyib.”
Mənbələrin sözlərinə görə, boşanma danışıqları artıq “dostyana” mərhələdən “nəzakətli” mərhələyə keçib.
© Copyright 2025, All Rights Reserved