Pep Qvardiola: "Haaland Messi və Ronaldo sırasındadır"

”Man Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlinq Haaland haqqında danışıb.
90plus.az xəbər verir ki, o, Haalandı Messi və Ronaldo ilə bir sıraya qoyub:
”Van Nistelrooy, Levandovski, son 20 ilin iki yırtıcısı Kristiano və Messi... Haaland da onların sırasındadır.
Erlinq belə davam etsə, şübhəsiz ki, Çempionlar Liqasında Ronaldonun 140 qolluq rekordunu qıracaq. Komandada belə bir hücumçuya sahib olmaq xoşbəxtlikdir".
Qeyd: Haaland "Mançester Siti" ilə birgə 1 dəfə Premyer Liqanı, bir dəfə də Çempionlar Liqasını qazanıb.
© Copyright 2025, All Rights Reserved